
Yanğın Azərbaycan Dəmir Yollarına məxsus yarımstansiyada qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası dərhal əraziyə cəlb olunub. Yanğın qısa müddətdə nəzarət altına alınıb və söndürülüb. Nəticədə daha böyük fəsadların qarşısı alınıb.

Yarımstansiyanın fəaliyyətində fasilə yaranıb. Bu səbəbdən Müsüslü də daxil olmaqla ətrafdakı beş kənd hazırda elektrik enerjisiz qalıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və elektrik enerjisinin bərpası istiqamətində təmir-bərpa işləri aparılır.

Hazırda yanğının dəqiq səbəbi və vurulan maddi ziyanın həcmi araşdırılır.
("Azərtac")